SİZİN REKLAM BURADA!
055 213 76 73


Xankəndi şəhərində Qarabağ universiteti yaradılır.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Anar İsgəndərov bildirib ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1988-ci ilədək fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

Anar İsgəndərov hesab edir ki, universitet növbəti tədris ili üçün tələbə qəbuluna hazır olacaq. Ali məktəbə hazırlaşan gənclər imtahandan keçdikdən sonra Qarabağ universitetinə də qəbul ola biləcəklər.

Gənclər də Qarabağ universitetində təhsillərini davam etdirmək arzusunda olduqlarını ifadə ediblər.

Qeyd edək ki, sərəncama əsasən Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edərək bu barədə dövlət başçısına məlumat vermək, ali təhsil ocağının fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək kimi məsələlər tapşırılıb.

Mövzu ilə bağlı daha ətraflı "Xezerxeber.az"ın  videomaterialını təqdim edirik:

BAKU.WS
VİDEO