SİZİN REKLAM BURADA!
055 213 76 73


"Millət vəkilimiz Qənirə Paşayeva xəstəxanadadır. Allahdan ona şəfa diləyirik. Çünki o da bizim cəsur, işləyən çalışan millət vəkillərimizdəndir. Gecəsi-gündüzü olmadan seçiciləri ilə görüşən, hər kəsə yardım edən cəsur qadınlarımızdan biridir. Heç sağlığını düşünmürdü. Biz birlikdə söhbət edəndə hər ikimiz bir-birimizə məsləhət verirdik ki, sağlığına diqqət et. Amma işimizi sevdiyimizdən sağlığımıza diqqət etmədik".

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deputat Qənirə Paşayevadan danışarkən deyib. O bildirib ki, millət vəkili iş rejimi səbəbilə istirahətinə lazımi qədər vaxt ayıra bilmirdi.

Xoşqədəm Hidayətqızı millət vəkilinin xəstəxanaya yerləşdirilidiyi xəbərini Almaniyada olarkən eşitdiyini bildirib:

"Dualarım onunladır. Hər dəqiqə maraqlanıram. Millət vəkillərimizlə danışıram. Bu xəbəri mən Almaniyada hava limanında olarkən eşitdim. Allah onu tez zamanda sağlığına qovuşdursun!"

Qeyd edək ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına millət vəkili Qənirə Paşayeva üçün çağırış daxil olub. Briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib. Deputata naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub.

Həkimlər tərəfindən Qənirə Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. Hazırda onun müalicəsi davam etdirilir. 

BAKU.WS
VİDEO