Qənirə Paşayevadan energetik içkilərlə bağlı mühüm təklif
29
mar
2019
15:08
Millət vəkili Qənirə Paşayeva MM-də 18 yaşına çatmamış uşaqlara enerji (energetik) içkilərinin satışının qadağan edilməsi, qadağanı pozanların cəzalandırılması təklifi ilə çıxış edib.
BAKU.WS xəbər verir ki, millət vəkilinin sözlərinə görə, çoxlu sayda ailələr, valideynlər 18 yaşına çatmamış uşaqlara energetik içkilərin satışının qadağan edilməsi, qadağanı pozanların cəzalandırılması təklifi və xahişi ilə müraciət edirlər.Millət vəkili qeyd edib ki, energetik içkilər uşaqların sağlamlığına ciddi zərər vurur, asılılıq yaradır.Bu faktorları ciddi narahatlıq doğurduğunu, ailələrin, valideynlərin xahişlərini və energetik içkilərin sağlamlığa vurduğu zərəri nəzərə alaraq bu içkilərin 18 yaşına çatmamış uşaqlara satışı qadağan edilməlidir.Millət vəkili Q.Paşayeva bildirib ki, energetik içkilərin 18 yaşına çatmamış uşaqların içməməsi tövsiyyəsi ilə Qida Təhlükəsizliyi Agentliyi çıxış edib.Həmçinin Ombudsman Milli Məclisə təqdim etdiyi illik hesabatında 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi məsələsinə baxılması təklif olunub.Millət vəkili deyib ki, valideynlər uşaqlarının energetik içkilərdən istifadə etməmələrinə nəzarət etməyin çox çətin olduğunu qeyd edirlər, çünki məktəblərin əksəriyyətinin çox yaxınlığında bu içkilərin sərbəst satışı həyata keçirilir.Buna görə də energetik işçilərin 18 yaşına çatmamış uşaqlara satışı tam qadağan edilməlidir.Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun uşaqlarda bu içkilərə aludəçiliyin artmasına səbəblərdən biri olduğunu deyən millət vəkili Q.Paşayeva energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasının və bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması müxanizmlərinin qanunvericilikdə öz əksinin tapmasının vacibliyini qeyd edib.Uşaqların sağlamlığı, gələcəyi hər şeydən vacibdir.Çünki uşaqlar millətimizin gələcəyidir deyən millət vəkili Q.Paşayeva müəyyən qrup şəxslərin pul qazanması naminə uşaqlarımızın sağlamlığı, gələcəyi ciddi narahatlıqlarla üzləşməməlidir.Valideynlərin, ailələrin 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi ilə bağlı çağırışları nəzərə alınmalı, bu məsələ qanunvericiliklə tənzimlənməli və bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması mexanizmləri qanunvericilikdə öz əksini tapmalıdır.BAKU.WS
Oxşar xəbərlər
ŞOK! Azərbaycanda gənc qız energetik içkidən komaya düşdü və öldü – FOTO
Azərbaycanda Aydan Vəliyeva adlı gənc qız enerji içkilərinin qurbanı olub.BAKU.WS xəbər verir ki, energetik içki hədsiz çox içdiyindən sağlamlığında ciddi probl...