“Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ

“Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ
Sosial 10898
Azərbaycanda energetik içkilərin qiyməti yenidən əvvəlki məbləğə qaytarılıb.BAKU.WS-in əldə etdiyi məlumata görə, “Hell” və “Bizon” adlı energetik içkilər hazırda köhnə qiymətlərlə satışdadır. Lakin bahalaşan digər energetik içkilərin qiymətində dəyişiklik olmayıb. Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz energetik içkilər, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək. Bu səbəbdən də, energetik içkilərin qiyməti də fevral ayının 10-dan etibarən bahalaşacaq.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər