Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Xocavənd rayonunda yeni xəstəxana fəaliyyətə başlayıb.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada poliklinik şöbə fəaliyyət göstərir. Burada terapevt, pediatr, oftalmoloq və ginekoloq qəbulu, ultrasəs müayinəsi və laborator xidmətlər təşkil olunub. Xəstəxanada cərrahiyyə bölməsi, triaj sahəsi və pasiyentlərin vəziyyətinə uyğun tibbi yardım göstərilməsi üçün ayrıca otaqlar da yaradılıb. Müəssisədə rentgen aparatı quraşdırılıb.
TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş Rayon Mərkəzi Xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib.
Qalereya
Oxşar xəbərlər
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ
İmişlidə dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi çərçivəsində dəmir yolu infrastrukturunun yaradılması üçün ümumi ehtimal olunan dəyəri 3,7 mi...