Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü
28
sen
2026
12:31
Bu gün "Zəngi" liseyinin yaxınlığındakı yaşayış kompleksinin həyətində ağacın yanması nəticəsində məktəbin akt və idman zalına gələn elektrik xətləri zərər görüb.
BAKU.WS xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, qısa müddətdə təhsil müəssisəsinə elektrik enerjisinin verilməsi bərpa olunub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti tərəfindən söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Tədris prosesi normal qaydada davam edir.
Oxşar xəbərlər
Bakıda dəhşətli qətl: 48 yaşlı qadın evində öldürüldü
Bakıda qətl hadisəsi olub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Məmmədli qəsəbəsində baş verib. 48 yaşlı Mədinə Hüseynqulu qızı So...