Göygöldə qanunsuz tikili sökülüb
Göygöl rayonunun Bəhrambağ qəsəbəsi ərazisində qanunsuz tikili sökülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Qalereya
Oxşar xəbərlər
Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apel...