Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE

Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
Siyasət 101

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan İsa oğlu Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

BAKU.WS Sənan Paşayevin dosyesini təqdim edir:

S. Paşayev, Prezident İlham Əliyevin 23 may 2023-cü il sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru təyin olunub.

O, bundan əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

30 dekabr 2022-ci ildə Baş prokuror Kamran Əliyevin əmri ilə Sənan Paşayev Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin edilib. O, bu postda sabiq sədr Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovu əvəz etmişdi.

Sənan Paşayev həmçinin Prezident tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Son xəbərlər