Murad Ağabəyli: "Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir"

Murad Ağabəyli: Palçıq vulkanları turizm kompleksinə gələnlərin 93-94 faizini xaricilər təşkil edir
Sosial 33

"Palçıq vulkanları turizm kompleksi son illərdə turistlərin ən çox ziyarət etdiyi turizm məkanlarından birinə çevrilib".

BAKU.WS xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin qoruqların idarə etmə heyətinin sədri Murad Ağabəyli deyib.

Onun sözlərinə görə, il ərzində minlərlə turist kompleksə səfər edərək Azərbaycanın təbii irsi hesab olunan palçıq vulkanları ilə tanış olur:

"Burada dövlət tərəfindən yaradılan şəraitlə yanaşı, Azərbaycanın təbii irsi olan palçıq vulkanları ilə tanış olmaq mümkündür. Kompleksin ərazisində turizm informasiya mərkəzi, master-klassların keçirildiyi məkanlar, muzey və rəsm emalatxanaları, müxtəlif mineral suların nümayiş olunduğu sərgi zalı, təbiət tarixi sərgi zalı və digər turizm məhsulları fəaliyyət göstərir."

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər