Murad Ağabəyli: "Bu il qoruqlara 432 min nəfər bilet alıb"

Murad Ağabəyli: Bu il qoruqlara 432 min nəfər bilet alıb
Sosial 27

"Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və turizm müəssisələrinə keçən il qoruqlarla birlikdə bu ilin ötən səkkiz ayında 432 min nəfər bilet alaraq ziyarət etmişdir və eyni zamanda bilet almayaraq ödənişsiz şəkildə ziyarət edənlərin sayı yüz mindən artıqdır".

BAKU.WS xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Palçıq Vulkanları Turizm Kompleksinə təşkil etdiyi mediatur zamanı Dövlət Turizm Agentliyinin qoruqların idarə etmə heyətinin sədri Murad Ağabəyli deyib.

O həmçinin vurğulayıb ki, bilet alaraq ziyarət edənlərin 71 faizini xaricilər təşkil edib ki, bu da kifayət qədər yüksək rəqəmdir:

"Məsələn biz palçıq vulkanları turizm kompleksini götürsək, burada ziyarət edənlərin hardasa 93-94 faizini xaricilər təşkil edir. Amma digər regionlardakı qoruqlarımızda, məsələn biz Şəki Xanbaş qoruğunu götürsək, orada demək olar ki, ziyarət edənlərin 50 faizi xaricilər, digər 50 faizini yerlilər təşkil edir".

Mediatur zamanı o da qeyd edilib ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda, eləcə də Bakıda yeni turizm məhsullarının yaradılması prosesi davam etdirilir. Bugün də həmin turizm məhsullarının hazırlanması və infrastruktur işlərinin həyata keçirilməsi demək olar ki, bütün regionlarımızda davam etdirilir.

Məlumat üçün bildirək ki, bu gün Dövlət Turizm Agentliyi palçıq vulkanlarına mediatur təşkil edib. Məqsəd Azərbaycanın palçıq vulkanlarının turizm baxımından imkanlarının təqdim olunması, bu ərazilərdə yaradılmış infrastruktur və ziyarətçi imkanlarına dair məlumatların çatdırılması, həmçinin Palçıq Vulkanları Turizm Kompleksinin fəaliyyəti ilə tanışlıqdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər