VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sentyabrın 30-da Bakının mərkəzində, Süleyman Rüstəm 47 ünvanında paytaxtımızda ən ideal istirahət və əyləncə mərkəzlərindən biri olacağına iddialı olan Billionaire Lounge-ın təntəni açılışı mərasimi baş tutdu. 

Ən başlıcası isə, Billionaire Lounge layihəsini Bakı sakinləri və qonaqlarının sevgisini qazanmış "Hollywood" kino-klubları şəbəkəsinin sahibi kimi tanınan Əlyar Qasımov və peşəkar komandası tərəfindən həyata keçirilməsi bu iddiaya əsas verir.

Billionaire Lounge-ın açılış mərasimi əsl təntənəli Hollywood ənənələri kimi - dəvət olunmuş məşhur qonaqların keçdiyi qırmızı xalı və ecazkar atəşfəşanlıqla keçirildi.

Dəvətlilər arasında Billionaire Lounge-ın ilk valehedici mühitinin həzzini yaşayan məşhurlardan - Olimpiya medalçısı Elmar Qasımov, aktyor və teleaparıcı İlkin Həsəni və "Bozbaş Pikçers" TV layihəsinin sevimli ulduzları, aktrısa Pərvin Abiyeva, teleaparıcı Günel Hümbətova, model Kamilə Babayeva, sosial şəbəkələrin və Instagram ulduzu Samiraldo, müğənnilər Ayğün Rəhimova, Aysel Əlizadə, Nura Suri və digər qonaqlar oldu. 

Açılışda iştirak edən hər bir qonağın xüsusi bir dəyər və hörmətlə qarşılandığı gecə özəl  formatda  keçirildi. Dəvətlilər müstəsna pozitiv təəsüratlar və emosiyalarla dolu unudulmaz anları həvəslə kadrlara köçürür, xüsusi aktivliklə sosial şəbəkələrdə paylaşır, məkanın ecazkar dizaynı və ideal xidmətə olan heyranlıqlarını da bölüşməyi də unutmadılar. 

Standartladan uzaq, məkanın komfortu ilə mükəmməl ahəng yaradan, özündə lüks, qlamur, şıqlığı bir araya gətirən futuristik dizaynı, eyni zamanda komfort və rahatlıq özəllikləri Billionaire Lounge-ın adını daha parlaq şəkildə ifadə edir. 

Məkanda qonaqların bağlı mühitdə istirahət edə biləcəyi yüksək komfort və əla xidməti ilə diqqət çəkən VIP bölmələri də qeyd etmək yerinə düşər.

Billionaire Lounge mətbəxinə gəldikdə isə, dad və çeşidləri ilə hətta qurmanları belə heyran edəcək təamlarla öyünə bilər.
 
Necə deyərlər, 100 dəfə eşitməkdənsə bir dəfə görmək, daha doğrusu lüks və şıklığın bir başqa aləmi - Billionaire Lounge-a təşrif  buyurmaq daha yaxşıdır!

Billionaire Lounge-la bağlı Sizi maraqlandıran bütün məlumatları Instagram sosial şəbəkəsindəki səhifədən, eləcə də (+99450) 666-56-66 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.