İlhamə Qasımova Bakının məşhur klubunu biabır elədi
Müğənni İlhamə Qasımova Bakıda klublardan birində başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.
Axşam.az-ın məlumatına görə, Avropadan gələn qonaqlarını gəzdirən ifaçı xoşagəlməz halla üzləşdiyini deyib:
"Qonaqlarla maraqlı yerlərdən birinə getmək fikrinə düşük. ""Eleven lounge" klubuna getdik, əvvəlcə lift qarşısında duran nəzarətçiyə yaxınlaşıb, "dress-kod" olub-olmadığını soruşdum. Kişilərə şortikdə girişin qadağan olunduğunu, qadınlara isə heç bir geyim məhdudiyyəti qoyulmadığını dedilər. Qonaqlar paltarlarını dəyişdilər, yenidən həmin kluba gəldik. Bu dəfə 3 mühafizəçi salamlaşıb, rezerv olub-olmadığını soruşdu. Bütün stolların dolu olduğunu bildirib, gözləməyimizi istədi.
Əvvəlcə masa olmadığını dedi, daha sonra isə ayağımda idman ayaqqabısı olduğu üçün içəri girməyimə icazə verilmədiyini bildirdi. Əgər belə idisə, niyə ilk dəfədən bunu demirdilər? Başa düşmədim, İbizadayam, Monakodayam, yoxsa ulduzların məkanındayam ki, qapıda gözlədirlər?
Avropadan gələn qonaqlar da çox təəccübləndilər. Hər şeyi mədəni formada yazdım, əslində bundan betər idi.
Əziz sahibkarlar, bundan sonra restoran, məkan açanda bizi dəvət edərkən, zəhmət çəkib qonorarımızı ödəyin. Başa düşdüm ki, dəyməzmiş. Qonaqlar qarşısında çox utandım".
BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyeva 200 mini Cavanşir Məmmədova niyə verib?
Azərbaycan və Dağıstanın xalq artisti İlhamə Quliyevanın vəfatından aylar keçsə də, onun haqda söz-söhbətlər, sensasiyalı məlumatlar səngimək bilmir. BAKU.WS x...