Qazsız qalan kəndlərdən birinin məktəbli sakini: “Dərs oxumaq yerinə odun daşıyıram” - VİDEO

Bu il qış çox sərt keçir.
Qarlı-şaxtalı hava şəraiti əsasən də dağlıq rayonlarda qışın qayğılarını daha da artırıb.
Şimal-qərb bölgəsində hələ də mavi yanacaq üzünə həsrət qalan kəndlər var. Şəkinin Aşağı Layısqı kəndi kimi.
“Dəmir yolunun yanında bağım var. Oradan ağac kəsib araba ilə evə gətirirəm”, - deyə kənd sakini qeyd edib.
Min nəfərə yaxın sakini olan Oğuzun Xalxal kəndində də əhali illərdir eyni problemlə üz-üzə qalıb.
Sakinlər deyir ki, həyətlərindəki ağacları kəsmək məcburiyyətində qalırlar.
“10-cu sinifdə oxuyuram, məktəbə səhər gedib, günorta qayıdıram. Dərslərimi oxumaq yerinə gəlib həyətdə odun daşıyıram. İndiyə kimi üç maşın odun gətirmişik. 800-1000 manat xərcimiz çıxıb”, - kənd sakini Mikayıl Şəmiyev deyib.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
