Arda Gülər ABŞ ilə matçın ən yaxşı oyunçusu seçilib
2026-cı il dünya çempionatının D qrupunun III turunda ABŞ üzərində 3:2 hesablı qələbə qazanan Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər görüşün ən yaxşı oyunçusu seçilib.
BAKU.WS xəbər verir ki, "SoFi Stadium"da keçirilən qarşılaşmada 20 yaşlı futbolçu hesabı oyunun 10-cu dəqiqəsində açaraq komandasının ilk qoluna imza atıb.
Matçın baş hakimi əlcəzairli Mustafa Qorbal olub.
Qələbəyə baxmayaraq, Türkiyə millisi 3 xalla qrupda sonuncu yeri tutaraq dünya çempionatı ilə vidalaşıb.
ABŞ yığması 6 xalla D qrupunu lider kimi başa vuraraq 1/16 finala yüksəlib. Avstraliya 4 xalla ikinci, Paraqvay isə eyni xalla üçüncü olub. Avstraliya top fərqinə görə rəqibini qabaqlayıb.
Oxşar xəbərlər
UFC-nin Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların çəkiölçmə mərasimi keçirilib
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib. BAKU.WS report-a istinadən xər verir...