108 illik şərəf yolu: Azərbaycan Ordusunun ilk paradından bu günədək
Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Bu gücün arxasında 100 ildən artıq şərəfli tarix, qəhrəmanlıq ənənələri və möhkəm dövlətçilik iradəsi dayanır.
Bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.
Azərbaycan Ordusunun qüdrəti, döyüş qabiliyyəti və potensialı təkcə döyüş meydanında deyil, hərbi paradlarda da nümayiş etdirilir. Azərbaycan tarixində ilk hərbi parad 1918-ci ilin sentyabrında Bakının erməni-daşnak silahlı birləşmələrindən azad edilməsindən sonra keçirilib.
Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın rəhbərliyi ilə təşkil olunan həmin parad paytaxtın azadlığının rəmzinə çevrilib.
Türk və Azərbaycan əsgərləri həmin gün Bakı küçələrində təntənəli yürüş edərək xalqın böyük sevgi və rəğbəti ilə qarşılanıblar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçirilən hərbi paradlar dövlətin müstəqilliyini və yeni formalaşan milli ordunun gücünü nümayiş etdirmək məqsədi daşıyırdı.
1919-cu ilin mayında Cümhuriyyətin birinci ildönümü münasibətilə keçirilən hərbi paradı görkəmli sərkərdə, general Səməd bəy Mehmandarov qəbul edib.
Həmin gün gənc Azərbaycan əsgərləri ilk dəfə müstəqil dövlətin üçrəngli bayrağı altında təntənəli keçid ediblər.
Oxşar xəbərlər
Ordumuzun qələbəsinin arxasında nələr dayanır? - "Elə bir dərs aldıq ki..."
"2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərinə irəliləyəndə bütün dünya bunu 44 günlük bir mü...