İran və ABŞ arasında kommunikasiya kanalı işə düşdü
İran və ABŞ arasında Hörmüz boğazındakı vəziyyətlə bağlı xüsusi kommunikasiya kanalı fəaliyyətə başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Press" TV mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu rabitə kanalı hərbi eskalasiyaya səbəb ola biləcək insidentlərin qarşısını almaq məqsədilə yaradılıb. Bildirilir ki, tərəflər kanalın yaradılması barədə İsveçrədə keçirilən son danışıqlar zamanı razılığa gəliblər.
Xatırladaq ki, iyunun 26-da İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bəyan etmişdi ki, İranla koordinasiya aparılmadan Hörmüz boğazından keçən gəmilərin təhlükəsiz hərəkətinə Tehran tərəfindən zəmanət verilməyəcək.
Oxşar xəbərlər
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd dəfə dronla hücum edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezident...