Nazir Mirzə Mirzəyevə VƏZİFƏ VERDİ
26
iyn
2026
13:26
Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.
BAKU.WS Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.
Oxşar xəbərlər
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
Sosial şəbəkələrdə ətrafı tullantılarla çirkləndirən sürücünün görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, "Ford" markalı avtombilin sürcüsü maşınını bir yerd...