Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
"Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur", - deyə general əlavə edib.
Oxşar xəbərlər
XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb. Bu barədə BAKU.WS-ə Xarici İşlər...