SİZİN REKLAM BURADA!
055 213 76 73


"Narkotiklə bağlı çıxışlar edəndə həm mənim ətrafımda, həm də kənardan mənə çox zənglər gəldi ki, Kamil ehitiyatlı ol! Sənə problem olacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri idmançı Kamil Zeynallı deyib.

Aparıcı və prodüser Tarix Əliyevin (Tolik) "Ümid ilə gəl" verilişinə dəvət olunan Zeynallı narkotiklə bağlı etdiyi çıxışlarından danışıb. İdmançı buna görə ona yaradılacaq problemlərdən çəkinmədiyini diqqətə çatdırıb:

"Təbii ki, fikir vermirdim, baş qoşmurdum. Məsəli yaxşısından uzaq, bizdə bir az qorxu var. İnsanlar bu mövzuda danışmağa, müraciət etməyə qorxurlar ki, nəsə problem olar.

Az öncə anamız deyir ki, məhəllədən qız keçə bilmir, ilişirlər. Kiminsə anasına, qızına ilişmək şərəfsizlikdir. Görün, narkotik bunları hansı həddə çatdırıb. Bəzi insanların bu yolda namusu, şərəfi, qeyrəti gedir. Artıq ortada tapmağa bir şey qalmır. Sən kiminsə anasına, bacısına ilişirsənsə, deməli, sən adam, kişi deyilsən".

Xatırladaq ki, Kamil bir müddət əvvəl sosial verilişlərdən birində insanları tanıdığı narkotik istifadəçilərini polisə xəbər verməyə səsləyib.

BAKU.WS
VİDEO