Azərbaycan SECURE təşəbbüsünün daha geniş beynəlxalq miqyasda dəstəklənməsinə çağırış edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan bu ilin oktyabrında Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində SECURE təşəbbüsünün daha geniş beynəlxalq miqyasda dəstəklənməsinə çağırış edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən "Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə" adlı tədbirdəki çıxışında bildirib.
O, sözügedən təşəbbüsün azad olunmuş ərazilərdə mədəni irsin bərpası və şəhərlərin yenidən qurulması üçün Azərbaycanın hazırladığı yanaşma olduğunu xatırladıb:
"Biz hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini və peşəkar şəbəkələri bu təşəbbüsün əməkdaşlıq, bilik mübadiləsi və praktiki fəaliyyət üçün ortaq platformaya çevrilməsində iştiraka dəvət edirik".
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...