Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - "Həkim dedi ki, qayıtmayacağam"

Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - Həkim dedi ki, qayıtmayacağam
Video
Hadisə 50

Şəki şəhər sakini, 71 yaşlı Dövlət Abdullayeva Baku TV-nin qaynar xəttinə müraciət edərək "Medera Hospital"da keçirdiyi əməliyyatdan sonra problemlərlə üzləşdiyini bildirib.

Şikayətçinin iddiasına görə, Gürkan adlı həkim onun sol ayağının əvəzinə sağ ayağını əməliyyat edib. Dövlət Abdullayeva uzun illərdir ayaqları ilə bağlı problem yaşadığını, sonuncu əməliyyatdan sonra isə səhhətində müxtəlif fəsadların yarandığını deyib.

"20 ildir mən bu zülmdəyəm. Bir ayağımdan səkkiz dəfə, digərindən altı dəfə əməliyyat olunmuşam. Məni necə şikəst qoyubsa, gəlsin", - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı "Medera Hospital"dan bildirilib ki, Dövlət Əliqulu qızı Abdullayeva 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı ilə bağlı əməliyyat olunub.

Klinikanın açıqlamasına görə, daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə klinikaya dəvət edilib və rəhbərlik və mütəxəssislərin iştirakı ilə konsilium keçirilib. Bildirilib ki, travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib və iki aylıq müalicə təyin edib.

Klinikadan qeyd olunub ki, müalicə başa çatdıqdan sonra xəstənin klinikaya müraciət etməsi və əməliyyatın təmənnasız həyata keçirilməsi təklif olunub. Açıqlamaya görə, Dövlət Abdullayeva bununla razılaşıb və rayona qayıdıb.

"Medera Hospital"dan həmçinin bildirilib ki, Dövlət Abdullayeva və həyat yoldaşı klinikanı tərk etdikdən sonra müxtəlif dövlət qurumlarına əsassız şikayətlər ediblər.

Qeyd edək ki, Abdullayevlər ailəsi əməliyyatı icra edən Gürkan adlı həkimin Türkiyəyə getdiyini və daha geri qayıtmayacağını bildirsə də, qarşı tərəf bu barədə hər hansı açıqlama verməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər