Zelim Tçkayev dünya çempionatında gümüş medal qazandı

Zelim Tçkayev dünya çempionatında gümüş medal qazandı
İdman 7

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

BAKU.WS xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Z.Tçkayev gümüş medal qazanıb.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər