Vinisiusun "Arsenal"a keçidi baş tutmadı
"Real Madrid"in yarımmüdafiəçisi Vinisius Juniorun yaxın ətrafı braziliyalı futbolçunun "Arsenal"a keçəcəyi barədə yayılan məlumatları təkzib edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Ramon Alvares de Mon "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Daha öncə mediada London klubunun 26 yaşlı oyunçunun keçidi üçün 123 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi. Buna baxmayaraq, "Real"ın hücumçunun mümkün satışından təqribən 160 milyon avro qazanmaq istədiyi vurğulanırdı.
Qeyd edək ki, Vinisius 2018-ci ildən "Kral klubu"nun şərəfini qoruyur. Braziliyalı oyunçunun klubla qüvvədə olan müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalında yer alan məlumata görə, futbolçunun transfer dəyəri 140 milyon avro olaraq qiymətləndirilir.
Oxşar xəbərlər
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
Azərbaycan təmsilçiləri İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Avropa ikincisi olublar. BAKU.WS xəbər verir ki, bu...