Ulduz futbolçusu "Real Madrid"i məğlub etdikdən sonra siqaret çəkib içki içərkən GÖRÜNTÜLƏNDİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın qapıçısı Voyçex Şesni "El Klasiko"dakı inamlı qələbəni içki içərək və siqaret çəkərək qeyd edib.
BAKU.WS xəbər verir ki, onun bu görüntüləri komanda yoldaşı Lamin Yamalın açdığı canlı yayımda yer alıb.
Belə ki, "Barselona"nın oyunçusu Lamin Yamal İspaniya Super Kubokunda "Real Madrid" üzərində 3-2 hesablı qələbədən sonra "Blaugrana"nın soyunub-geyinmə otağından canlı yayım edib. Görüntülərdə "Barselona"nın qapıçısı Voyçex Şesninin əlində siqaret və pivə şüşəsi olub. Polyakı görən Yamal telefonunu uzaq tutaraq "Uf, bunu çəkə bilməzsən" deyə qışqırıb.
Xatırladaq ki, "Barselona" və "Real Madrid" arasındakı matç ötən gecə baş tutub. Komandalar Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdullah İdman Şəhəri Stadionunda qarşılaşıb. Görüş "Blaugrana"nın 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...