UEFA "Qarabağ"ın rəqibini cərimələyib
UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveçin "Elfsborq" klubunu cərimələyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.
Allsvenskan təmsilçisi İtaliyanın "Roma" komandasına qalib gəldikləri (1:0) II turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşüb.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.
Qeyd edək ki, "Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.
Oxşar xəbərlər
Sent-Lüsiya millisinin baş məşqçisi: "Azərbaycanla matçda böyükhesablı məğlubiyyət gözləmirdik"
Sent-Lüsiya yığmasının baş məşqçisi Stern Con "FIFA Series - 2026" turniri çərçivəsində Azərbaycan millisinə qarşı keçirilən oyundan (1:6) sonra mətbuat konfran...