Bakıda Formula 1 həyəcanı başlayır: Qran-prinin ilk günündə 5 yürüş keçiriləcək

Bakıda Formula 1 həyəcanı başlayır: Qran-prinin ilk günündə 5 yürüş keçiriləcək
İdman 58

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək. Həftəsonunun ilk günündə "Formula 1" və "Formula 2" üzrə bir neçə yürüş keçiriləcək.

BAKU.WS xəbər verir ki, gün ərzində "Formula 2"də sərbəst yürüş və iki sıralama turu, "Formula 1"də isə iki sərbəst yürüş baş tutacaq.

20 döngədən ibarət Bakı trekinin uzunluğu 6,003 kilometrdir. Yarışda pilotlar 51 dövrə vuracaq və ümumi məsafə 306,049 kilometr təşkil edəcək.

Bakıda ilk "Formula 1" yarışı 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilib. Sonrakı yarışlar isə Azərbaycan Qran-prisi adı altında təşkil olunub. 2016-cı ildə Niko Rosberq, 2017-ci ildə Daniel Rikkardo, 2018-ci ildə Lüis Hemilton, 2019-cu ildə Valtteri Bottas, 2021 və 2023-cü illərdə Serxio Peres, 2022 və 2025-ci illərdə Maks Ferstappen, 2024-cü ildə isə Oskar Piastri Bakıda qalib gəlib.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən Azərbaycan Qran-prisi keçirilməyib.

Hazırda pilotlar arasında "Mersedes"in italiyalı sürücüsü Kimi Antonelli 292 xalla liderdir. Komanda yoldaşı Corc Rassell 211 xalla ikinci, "Ferrari"nin pilotu Lüis Hemilton isə 191 xalla üçüncüdür.

Konstruktorlar çempionatında da "Mersedes" 503 xalla birinci pillədədir. "Ferrari" 358 xalla ikinci, "Maklaren" isə 306 xalla üçüncüdür.

Azərbaycan Qran-prisinin ilk gününün proqramı:

10:00 - "Formula 2": sərbəst yürüş
12:30 - "Formula 1": birinci sərbəst yürüş
14:00 - "Formula 2": birinci sıralama turu
14:30 - "Formula 2": ikinci sıralama turu
16:00 - "Formula 1": ikinci sərbəst yürüş

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər