Aktyordan "Kurtlar Vadisi" etirafı: "Biz bir şey izləyirdik, 3 gün sonra reallaşırdı"
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun həbsxanada müəmmalı ölümündən sonra yenidən başlanan istintaq "Kurtlar Vadisi"ni yenidən gündəmin mərkəzinə gətirib. Aradan illər keçməsinə baxmayaraq, müzakirə olunan layihə haqqında "Abidin" obrazını canlandıran aktyor Abidin Yerebakan diqqətçəkən açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, senari müəlliflərinin hər şeyi əvvəldən görməsinə təəccübləndiyini bildirən aktyor, həmin dövrdə baş verənləri belə ifadə edib:
"Heç kim kahin deyil, gələcəkdə olacaqları yalnız Allah bilər. Amma biz ssenaridə bir şey izləyirdik, üç gün sonra onun eynisi real həyatda yaşanırdı. Dəfələrlə bu cür hadisələrin şahidi olduq. İnsan istər-istəməz düşünür: bu insanlar bu məlumatları haradan bilirdilər, necə yazırdılar?"
Yerebakan o illərdə rejissor Osman Sınavın 55-ci seriyadan sonra layihəni təhvil verməsinin bütün çəkiliş heyətini şoka saldığını da bildirib.
Xatırladaq ki, Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasındakı ölümünə dair aparılan araşdırmalar çərçivəsində serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan məlumatı olan şəxs qismində dindirilib.
Bundan əlavə, ekranda "Kazım Kaşifoğlu" obrazını canlandıran Sedat Savtak və "Ömer Baba" rolu ilə tanınan Emin Olcayın da ifadələrinə müraciət olunub.
Oxşar xəbərlər
Rəqsanə İsmayılovaya ağır itki üz verdi
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. BAKU.WS xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şairə Nazilə Səfərli sosial ş...