UEFA Millətlər Liqası: Gürcüstan Ermənistanı, Türkiyə isə Macarıstanı məğlub etdi

UEFA Millətlər Liqası: Gürcüstan Ermənistanı, Türkiyə isə Macarıstanı məğlub etdi
İdman 182

UEFA Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib.

BAKU.WS xəbər verir ki, A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda Türkiyə yığması Macarıstanla üz-üzə gəlib.

Qarşılaşmada Türkiyə millisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

Ali Sami Yen stadionunda keçirilən matçda ev sahiblərinin heyətində Orkun Gökçü, Kərəm Aktürkoğu və İrfan Kahveci fərqlənib.

Qonaqların yeganə qolunu Andreş Şefer vurub.

Günün digər oyununda Futbol üzrə Gürcüstan milli komandası Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Ermənistan millisini məğlub edib.

İrəvanda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gürcülərin ilk qolunu 33-cü dəqiqədə yarımmüdafiəçi Giorgi Koçoraşvili vurub. 37 və 59-cu dəqiqələrdə hücumçu Giorgis Mikautadze iki dəfə fərqlənib.

Cavab oyunu martın 23-də Tbilisidəki Boris Paiçadze adına Dinamo Arenada keçiriləcək.

Son xəbərlər