Millətlər Liqası: İsveç yığması Azərbaycan millisini 6:0 hesabı ilə məğlub edib
***İsveç 6-cı qolu vurur.
***İsveç millisi komandamızın qapısından 1 dəqiqəyə 2 qol keçirərək hesabı 5:0 edir.
***İlk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 3:0.
UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda meydan sahibləri hesabda irəli çıxıb.
"Stroberri Arena"da keçirilirən görüşqn 10-cu dəqiqəsində Kulusevski hesabı açıb.
Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.
***23:45
UEFA Millətlər Liqasının VI turunun son oyun günündə Azərbaycan millisi İsveç seçməsi ilə üz-üzə gəlir.
"Stroberri Arena"da təşkil olunan oyun başlayıb.
*** 22:48
Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək İsveç və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İsveç: Viktor Yohansson, Karl Starfelt, Qabriel Qudmundsson, Ken Sema, Yasin Ayari, Yesper Kalström, Deyan Kulusevski, Anton Saletros, Sebastian Nanasi, Aleksander İsak, Deyan Kulusevski, Viktor Dyökereş.
Baş məşqçi: Yon Dal Tomasson
Azərbaycan: Rza Cəfərov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Coşqun Diniyev, Ozan Can Kökçü, Toral Bayramov, Mahir Emreli, Nəriman Axundzadə.
Baş məşqçi: Fernandu Santuş
Qeyd edək ki, "Stroberri Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-da start götürəcək.
Oxşar xəbərlər
"Neftçi"dən "Qarabağ"la oyundan əvvəl azarkeşlərə MÜRACİƏT
"Neftçi" Azərbaycan Premyer Liqasının XXIX turunda baş tutacaq "Qarabağ"la oyundan öncə azarkeşlərə müraciət edib. BAKU.WS xəbər verir ki, bu barədə klubun mətb...