UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

UEFA Konfrans Liqası: Zirə Estoniyada Payde ilə üz-üzə gələcək
İdman 19

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" bu gün növbəti oyununa çıxır.

BAKU.WS xəbər verir ki, 2-ci təsnifat mərhələsində "Zirə" Estoniyanın "Payde" komandası ilə qarşılaşacaq.

Payde şəhərindəki eyni adlı stadionda baş tutacaq oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək.

Qeyd edək ki, ilk təsnifat mərhələsində "Zirə" hər iki oyunda Gürcüstanın "Torpedo Kutaisi" klubundan üstün olub. Hər iki qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Payde" isə ilk mərhələdə Litvanın "Hegelman" klubunu iki oyunun nəticəsinə əsasən məğlub etməyi bacarıb. İlk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Estoniya təmsilçisi cavab qarşılaşmasında 3:0 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, "Zirə" və "Payde" arasında Bakıdakı qarşılaşma iyulun 30-da olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər