UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək
10
dek
2025
09:10
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.
Oxşar xəbərlər
"İnter" Bastoninin transfer qiymətini açıqlayıb - "Barselona" maraqlanır
İtaliyanın "İnter Milan" klubu mərkəz müdafiəçisi Alessandro Bastoni üçün mümkün transfer qiymətini müəyyənləşdirib. BAKU.WS xəbər verir ki, bu barədə "Sport.e...