UEFA Avropa Liqası: "Beşiktaş" - "Makkabi" matçının məkanı bəlli oldu
11
noy
2024
22:18
Türkiyənin "Beşiktaş" komandası UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda İsrail təmsilçisi "Makkabi"ni (Təl-Əviv) Macarıstanda qəbul edəcək.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Yaxın Şərqdə baş verən hadisələri nəzərə alan UEFA təhlükəsizlik məsələlərini əsas gətirərək oyunun neytral şəhərdə - Debrecendə keçirilməsinə razılıq verib.
Qeyd edək ki, azarkeşlərin buraxılmayacağı "Beşiktaş" - "Makkabi" matçı noyabrın 28-də keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
Azərbaycan idmançıları Fransanın Bulon-sür-Mer şəhərində keçirilən savat üzrə dünya çempionatında 3 bürünc medal qazanıblar. BAKU.WS xəbər verir ki, bu barədə G...