UEFA AVRO-2020 ilə bağlı yekun qərarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA koronavirusla bağlı vəziyyəti yaxından izləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə TASS-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, UEFA koronavirus və onun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır: "AVRO-2020 iyulun 12-də İtaliyanın paytaxtı Romada başlayacaq. Hazırda turnirin planlaşdırılan cədvəlində bir dəyişikliyə ehtiyac yoxdur. Bu məsələ daim nəzarətdə saxlanılacaq".
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels-İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə-Uels, iyunun 21-də isə İsveçrə-Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.
Oxşar xəbərlər
AVRO-2020-nin oyunları üçün biletlərin birbaşa satış mərhələsi başlayıb
AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub. BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşl...