Şenol Günəş Bakıya gəldi - Türkiyə millisinin üzvləri üçün otel seçir

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının koordinatoru Tacettin Doğan məlumat verib.
Onun sözlərinə görə, 67 yaşlı mütəxəssis Avro-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı Azərbaycana səfər edib.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Oxşar xəbərlər
AVRO-2020-nin Bakıdakı oyunlarına biletlər satışa çıxarıldı
UEFA Avro-2020 oyunları üçün biletlər bu gündən etibarən artıq satışdadır. BAKU.WS xəbər verir ki, bilet satışının ikinci mərhələsinin bu tarixdə başlanması 30...