Türkiyə millisinin Bakıdakı keçirəcəyi oyunların vaxtları məlum oldu
AVRO-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk matç iyunun 13-də saat 17:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 15:00-da) Uels və İsveçrə milliləri arasında olacaq. Türkiyə millisinin iyunun 17-də Uels və iyunun 21-də İsveçrə ilə görüşləri isə saat 20:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da) başlanacaq.
Hazırda Bakı və Mərkəzi Avropa vaxtları arasında 3 saatlıq fərq mövcuddur. Lakin martın sonlarında bu fərq 2 saata enədək.
Qeyd edək ki, A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.
Oxşar xəbərlər
Elxan Məmmədov: "Bizim üçün çox şanslı, Türkiyə üçün uğurlu püşkatma alındı"
“Bu gün Buxarest şəhərində təşkil olunmuş püşkatma mərasimində AFFA-nın rəhbərliyi ilə birgə iştirak etdik". BAKU.WS xəbər verir ki, bunu AFFA-nın baş katibi El...