Türkiyə Superliqası: "Fənərbağça"dan möhtəşəm geridönüş
26
apr
2025
22:36
Türkiyə Superliqasında 33-cü turun qarşılaşmaları keçirilir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, çempionluğa iddialı "Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub.
Matçda hesabı ilk hissədə meydan sahibləri açsalar da, ikinci hissədə qonaqlar geridönüş etməyi bacarıblar. "Sarılacivərd"lər 5 dəqiqəyə 3 qol vuraraq oyunun axarını dəyişiblər - 1:3.
Bu nəticədən sonra Mourinyonun yetirmələri 75 xalla lider "Qalatasaray"dan cəmi 2 xal geri qalırlar, lakin "cim-bom" 1 oyun az keçirib. Qaziantep təmsilçisi isə 42 xalla yarış cədvəlində 9-cudur.
Oxşar xəbərlər
"Mançester Yunayted" baş məşqçisi ilə yollarını ayırıb
İngiltərənin nəhəng klubu "Mançester Yunayted" baş məşqçi Ruben Amorimlə əməkdaşlığa son qoyub. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qərarın bu gü...