"Traktor" vaxtından əvvəl İran çempionu olub
Təbrizin "Traktor" komandası İran Pro-liqasında vaxtından əvvəl çempion olub.
"Report" xəbər verir ki, "qızıl qurdlar" XXVIII turun matçında Qəzvinin "Şəms Azər" komandasını 4:0 hesabı ilə məğlub ediblər.
Oyun Qəzvindəki "Sərdar Azadegan" stadionunda keçirilib. Artıq birinci dəqiqədə xorvatiyalı hücumçu Domaqoy Drojdek hesabı açıb. 8-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə üstünlüyü ikiqat artırıb, 30-cu dəqiqədə isə Drojdek dubl edərək fasiləyə qədər hesabı 3:0-a çatdırıb.
İkinci hissədə "Şəms Azər"in müdafiəçisi Homən Rəbiizadənin meydandan qovulmasından sonra "Traktor" penalti vurmaq hüququ qazanıb. 11 metrlik cərimə zərbəsini yerinə yetirən Rikardo Alveş topu tora göndərərk oyunda yekun hesabı müəyyənləşdirib - 4:0.
"Traktor" qələbə sayəsində mövsümün bitməsinə iki tur qalmış çempionluğu təmin edib.
Tribunalarda yerli iqtidar nümayəndələri və digər rəsmi şəxslər Təbriz komandasının tarixi qələbəsini izləyiblər.
Oxşar xəbərlər
Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Komandamızın heyətində Sübhan Mamedovun (50 kq) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanı...