"Traktor"un keçmiş futbolçusu İrandakı etirazlar zamanı həyat yoldaşı ilə birgə öldürülüb
14
yan
2026
11:58
Təbrizin "Traktor" klubunun keçmiş futbolçusu Mojtaba Tarşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
"Keçmiş peşəkar futbolçu Mojtaba Tarşiz və həyat yoldaşı azadlıq tələb etdikləri üçün rejim qüvvələri tərəfindən birlikdə qətlə yetiriliblər. Onlardan geriyə iki qızı qaldı",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 47 yaşlı Mojtaba Torşiz 2005-2007-ci və 2008-2011-ci illərdə "Traktor" klubunda çıxış edib. O, 2022-ci ildə futbolçu karyerasına son verib.
Oxşar xəbərlər
Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Komandamızın heyətində Sübhan Mamedovun (50 kq) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanı...