"Sumqayıt" - "Sabah" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib

Sumqayıt - Sabah oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib
İdman 54

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Sabah" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

Meydan sahiblərini heyətində 18-ci dəqiqədə Ronaldo Vaskez, 46-cı dəqiqədə Bobir Abdixolikov, 88-ci dəqiqədə Momo Yansane fərqlənib.

Qonaqların qollarını 6-cı və 71-ci dəqiqələrdə Umarali Raxmonaliyev, 77-ci dəqiqədə Tellur Mütəllimov vurub.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb. 29 xalı olan "Sumqayıt" yeddinci sıradadır.

Günün ilk matçında "Neftçi" evdə "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.

Oxşar xəbərlər

Viktor Osimhenin qolu sınıb

Viktor Osimhenin qolu sınıb

"Qalatasaray" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Liverpul"a 0:4 hesabı ilə ağır məğlubiyyət yaşayıb. BAKU.WS xəbər verir ki, İsta...

134 İdman 09:21 19 mart 2026

Son xəbərlər