"Sumqayıt" klubu ilk transferini açıqlayıb
10
iyl
2025
18:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni mövsüm üçün heyət çalışmalarına start verən "Sumqayıt" FK ilk futbolçu keçidini reallaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, komanda portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi "Sumqayıt" FK-nın heyətində "14" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqolanın "Petro Luanda" olan Pedro Pinto karyerası ərzində Portuqaliyanın "Vitoria Setubal", "Arouka" kimi klublarının da şərəfini qoruyub.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...