Dünya çempionatı: Vəfa Orucova ilk görüşündə uduzub
29
iyl
2026
12:09
Azərbaycan güləşçisi Vəfa Orucova Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 43 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Valia Harsana 2:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
"Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turunda baş tutan oyunlardakı hakim qərarlarını şərh edib. BAKU.WS xəbər verir ki, bu b...