Serxio Ramosdan karyerası ilə bağlı vacib QƏRAR
İspaniyalı müdafiəçi Serxio Ramos gələcəyi ilə bağlı vacib qərar verib.
BAKU.WS "TyC Sports"a istinadən xəbər verir ki, 38 yaşlı oyunçu Argentinanın "Boka Xuniors" klubuna keçməkdən imtina edib.
Boka Ramosu qışda transfer etməyi ciddi şəkildə düşünürdü. Komandanın baş məşqçisi, Serxionu "Real"da bir yerdə oynamaqdan yaxşı tanıyan Fernando Qaqo bu transferə ümid edirdi. Lakin ispaniyalı Argentina klubuna keçmək istəmir.
Xatırladaq ki, Ramosun son klubu futbolçunun peşəkar karyerasına başladığı "Sevilya" olub. 38 yaşlı futbolçu 2023-cü ilin yayında "azad agent" kimi doğma komandasına qayıdıb. Daha əvvəl müdafiəçi "Real Madrid" və Fransanın "Pari Sen-Jermen" klublarında da çıxış edib.
Ötən mövsüm müdafiəçi "Sevilya"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə verib.
Oxşar xəbərlər
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, püşkatma mərasimi ABŞ-nin paytaxtı Vaşinqton...