Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionu olub
Sərbəst güləş üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.
BAKU.WS xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.
Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Sərbəst güləş yığmamız tarixində 5-ci də Avropa çempionu tituluna sahib çıxıb. Bundan əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü olub.
Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub. Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Komandamızın heyətində Giorgi Meşvildişvili (125) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə bürüncə sahib çıxıblar.
Oxşar xəbərlər
DÇ-2026: Türkiyə-Rumıniya oyunu ilə pley-off yarımfinallarına start veriləcək
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə bu gün start veriləcək. A, B, C və D yolunda ümumilikdə səkkiz oyun keçiriləcək. Türkiyə...