Satışa çıxarılmayan "Qarabağ" - "Ayntraxt" matçının biletləri xarici saytlarda azarkeşlərə necə təklif olunur?
"Qarabağ"ın UEFA Çempionlar Liqasında Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə keçiriləcək oyunu üçün biletlər rəsmi olaraq satışa çıxmasa da, bəzi xarici saytlarda artıq bunun əldə edilməsi ilə bağlı elanlar paylaşılıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, elanlarda biletlər qonaq sektor üçün deyil, yerli azarkeşlər üçün nəzərdə tutulan sektorlar üzrə təklif olunur.
Xatırladaq ki, Bundesliqa təmsilçisi UEFA tərəfindən cəzalandırıldığı üçün Bakıdakı oyunda azarkeş dəstəyindən məhrum olacaq. Yəni, "Ayntraxt Frankfurt" tərəfdarları üçün yer ayrılmayacaq və qonaq sektorun biletləri də "Qarabağ" azarkeşlərinə satılacaq.
Digər vacib məqam isə xarici saytlarda satışa çıxarıldığı bildirilən biletlərin qiymətinin həddindən artıq baha olmasıdır. Müqayisə üçün qeyd edək ki, Bakıda "Ayaks"la (Niderland) keçirilən son ev oyununda standart biletlərin qiyməti 10-75 manat aralığında idi. Xarici saytlarda isə biletlərin qiyməti 80 dollardan (136 manat) başlayır.
Xarici bilet satışı platformalardakı görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı açıqlama verən "Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev isə bunu deyib: "Qarabağ"ın oyununa biletlərin satışı yalnız iTicket.az saytı vasitəsilə həyata keçirilir. Biletlərin yaxın günlərdə satışa çıxaracağı gözlənilir. Bu barədə klubun rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsilə məlumat veriləcək. Xarici saytlarda yerləşdirilən elanlar isə etibarlı deyil".
Oxşar xəbərlər
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər
Kral Kubokunda "Albasete"yə məğlubiyyətdən sonra "Real Madrid" rəhbərliyi baş məşqçi Alvaro Arbeloanı istefaya göndərə bilər. BAKU.WS xarici mətbuata istinadən...