"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb
28
may
2026
15:13
"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.
BAKU.WS xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Pavol 2024-cü ildən "bayquşlar"ın uğurları üçün çalışırdı. O, "Sabah"ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
Təcrübəli hücumçu "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Oxşar xəbərlər
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
"Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. BAKU.WS Qol.az-a istinadla xəbər verir ki, bu vəzifəyə...