"Sabah" klubu özbəkistanlı futbolçunun transfer hüququnu əldə edəcək

Sabah klubu özbəkistanlı futbolçunun transfer hüququnu əldə edəcək
İdman 81

"Sabah" klubu müqavilə ilə Rusiya təmsilçisi "Rubin"ə məxsus olan özbəkistanlı futbolçu Umarali Rahmonaliyevin transfer hüququnu əldə edəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında Bakı klubunda çıxış edir.

U.Rahmonaliyev 2025-ci ildə "Sabah"da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, onun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" Rahmonaliyevi 800 min avro dəyərində qiymətləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər