Ronaldo yeni müqaviləyə imza atdı - 200 milyon avro qazanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ-yə gedəcək, Avropaya qayıdacaq" şayiələri gəzən bir vaxtda Kriştiano Ronaldo "Əl Nəssr"lə müqaviləsini daha bir il uzatmağa qərar verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 5-də 40 yaşı tamam olacaq portuqaliyalı ulduzun müqaviləsi 2026-cı ilin iyununa qədər uzadılacaq.
Bu, Ronaldonun daha 200 milyon avro qazanacağı deməkdir.
O, hazırda Səudiyyə Ərəbistanında ən çox maaş alan futbolçudur.
Müqaviləsinin uzadılması ilə dünyanın ən çox qazanan futbolçusu olmağa davam edəcək Ronaldo həftədə 3,8 milyon avro, gündə isə təxminən 535 min avro qazanacaq.
Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanında karyerası ərzində 84 oyunda 75 qol vurub, 18 məhsuldar ötürmə edib. Ancaq o, komandasına yalnız 2023 Ərəb Klub Çempionatı titulunu gətirə bilib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...