“Roma” türk futbolçu ilə yeni müqavilə imzaladı
15
avq
2019
16:07
“Roma” türk futbolçusu Cengiz Ündərlə müqavilənin müddətini artırıb.BAKU.WS NTV Spor-a istinadən xəbər verir ki, 2022-ci ilə qədər qüvvədə olan müqavilənin müddəti 2023-cü ilin 30 iyununa qədər artırılıb.Klubun idman direktoru Cianluka Petraçi Cengizi böyük istedad olaraq gördüklərini və onun “Roma”ya çox fayda verəcəyinə əmin olduqlarını söyləyib.İtaliya mətbuatının yazdığına görə, futbolçunun maaşı yeni müqavilədə 1,2 milyon avrodan 2 milyon avroya qaldırılıb. Onun sərbəst qalma məbləği isə 60 milyon avro təyin edilib.Qeyd edək ki, 2017-ci ildən “Roma” forması geyinən 22 yaşlı futbolçu 65 rəsmi oyunda 14 qol vurub.
Oxşar xəbərlər
"Qalatasaray" Fatih Terimlə yeni müqavilə imzalayıb
"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini artırıb.BAKU.WS-in məlumatına görə, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. Onun 2019...