Türk futbolçu “Yuventus”da - 18 milyon avroya
06
iyl
2019
10:23
Türkiyə milli komandasının və İtaliyanın “Sassuolo” klubunun üzvü Merih Demiral “Yuventus”a keçib.BAKU.WS xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.“Yuventus” bu transfer üçün “Sassuolo”ya 18 milyon avro ödəyib.Qeyd edək ki, “Fənərbağça” futbol məktəbənin yetirməsi olan Demiral 2017-2018-cu illərdə “Sportinq B” komandasında oynayıb. 2018/2019 mövsümünü icarə əsasında “Alanyaspor”da keçirən müdafiəçini “Alanyaspor” 3,5 milyon avroya heyətinə qatıb. Türkiyə təmsilçisi qısa müddət sonra isə Demiralı 9,25 milyon avroya “Sassuolo”ya satıb.Ötən ildən Türkiyə millisinə də dəvət alan futbolçu burada 4 oyuna çıxıb.
Oxşar xəbərlər
“Yuventus”a yeni baş məşqçi təyin edildi
“Yuventus” klubunun yeni baş məşqçisi rəsmən açıqlanıb.BAKU.WS xəbər verir ki, Turin təmsilçisi Massimiliano Alleqridən boşalan yerə Mauritsio Sarrini gətirib.O...