Bakıda da keçiriləcək AVRO-2020-nin mükafat fondu artırılıb
26
fev
2018
15:49
Futbol üzrə 2020-ci il Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək. "Report"un məlumatına görə, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində açıqlama verib. O bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: "Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək".Fransada keçirilmiş AVRO-2016-nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb. Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.BAKU.WS
Oxşar xəbərlər
Transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın "böyük beşlik" ölkələrinin (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) yüksək liqalarında mövcud he...